XƏBƏRLƏR

27.09.2019 12:30
Peşə məktəbinə qəbul davam edir  

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu oktyabrın 1-nə kimi davam edir.

AzEdu.az-ın məlumatına görə, Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən şəxslər təhsil müəssisəsinin özündə qeydiyyatdan keçə bilərlər.
Mərkəz fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanı verir:

Torna və frezer dəzgahların operatoru (Mexanika /maşınqayırma sahəsi )
•Sənayedə quraşdırma işləri üzrə usta
•Elektronika ustası
•Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru
•İnşaat ustası
•Veb dizayner və proqram təminatçısı (ödənişli)
•Avtomatika üzrə usta

Mərkəzdə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə qeyd olunan şirkətlər tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəz artıq Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies”, “Baku Roofing Company” və “Cahan Motors” kimi qabaqcıl müəssisələrlə əməkdaşlığa başlayıb.

 

İlin gənc müəllimi-Müraciət formu