“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən Azərbaycan ali təhsil müəssisələri üzrə “QS Stars” reytinq qiymətləndirməsi davam edir.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Belə ki, qiymətləndirmənin yekunlaşdığı növbəti ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib.
Qeyd edək ki, ümumilikdə, 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Azərbaycan Dövlət İqtisad Universiteti 7 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.