Fevralın 20-də “Clarivate” şirkətinin Azərbaycan dilində vebinarlar seriyasından “Birgə tədqiqatların əhəmiyyəti” adlı vebinar baş tutacaq.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vebinarda aşağıdakı mövzular əhatə olunacaq:
“Web of Science Əsas Kolleksiya”
Təşkilat profili
Tədqiqatçı profili
Akademik və tədqiqat əməkdaşlığında çətinliklər
Birgə tədqiqatda qrant fondlarının rolu
"Collab-CNCI", Yeni Birgə Tədqiqat İndikatoru (InCites)
Vebinarda iştirak üçün aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.
Tarix: 20.02.2025, saat 11:00
Təlimçi: “Clarivate” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi İltifat İbrahimov
Vebinar iştirakçılarına sertifikat təqdim olunacaqdır.