Xəbər verdiyimiz kimi, bu il sertifikasiya imtahanın test mərhələsi üzrə imtahan yekunlaşıb.
Belə ki, ilk dəfə bu prosesə coğrafiya, kimya, biologiya, fizika və informatika fənni üzrə müəllimlər də cəl edilib.
Maraqlıdır, imtahandan ən yüksək və ən zəif nəticə əldə edən hansı fənn müəllimləri olub?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, imtahan nəticələrinə əsasən, təhsilverənlərarasında coğrafiya və biologiya fənləri üzrə yüksək nəticələr qeydə alınıb:
"Belə ki, coğrafiya fənni üzrə ümumilikdə 3 nəfər 59 bal toplayıb nəticə göstərib.
Bununla yanaşı informatika və kimya fənləri üzrə nəticələr digər fənlərlə müqayisədə zəif olub".