2025-ci ilin mayında Yaponiyadan olan tələbələrə verilən ABŞ tələbə vizalarının sayı 40% azalıb. Rəsmi rəqəmlərə görə, əvvəlki aylarda təxminən 900 vizadan bu ay cəmi 520 viza təsdiqlənib.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, səbəb kimi Tramp administrasiyasının yenidən tətbiq etdiyi sərt viza siyasəti və sosial media yoxlamaları göstərilir. ABŞ səfirliyi Tokio və digər şəhərlərdə viza müsahibələrini müvəqqəti dayandırıb, bu da tələbələr arasında narahatlıq yaradıb. Yaponiya universitetləri və hökuməti alternativ istiqamətlər axtarır. Artıq bir çox gənc ABŞ əvəzinə Avropa və Asiya ölkələrini üstün tutur.