Azedu.az

Mühəndislik fakültəsinin yeni binası qısa müddətdə inşa ediləcək

Universitetlər

25 Dekabr 2025, 17:15
Mühəndislik fakültəsinin yeni binası qısa müddətdə inşa ediləcək

Qarabağ Universiteti Mühəndislik fakültəsinin yeni inzibati binasının inşasının qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulur.

AzEdu.az Report-a istinadən xəbər verir ki, bunu Prezidentin izi ilə şəhərə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında universitetin Mühəndislik fakultəsinin dekanı Hüseyn Mirzəyev deyib.

O qeyd edib ki, Qarabağ Universiteti Mühəndislik fakültəsinin yeni binası elmi-tədqiqat və innovasiya məkanları ilə təchiz olunacaq:

"Qarabağ Universitetinin Mühəndislik fakültəsinin yeni binasının müasir standartlara uyğun inşa edilərək qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Tədris binası keyfiyyətli kadr hazırlığını təmin edən, tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişafına, həmçinin innovativ fəaliyyətlərinin genişləndirilməsinə xidmət edən auditoriyalar, laboratoriyalar, kitabxana, elmi-tədqiqat və innovasiya məkanları ilə təchiz olunacaq".

Dekan rəhbəri olduğu fakültənin fəaliyyətində də bəhs edib:

"Onu da qeyd edim ki, layihənin icrası mühəndislik təhsilinin inkişafına mühüm töhfə verməklə yanaşı, müasir akademik məzmunun və innovativ tədris metodlarının tətbiqini təşviq edəcək. Həmçinin müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biri olacaq. Fakültədə hazırda 19 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır. Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat daxil olmaqla 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir".

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox