Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-28 14:29:00
“Lütfi Zadəni unutdurmamaq üçün keçirdiyimiz olimpiadada 75 şagird qalib gəldi” –Rəsmi  

“Lütfi zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının ilk turunda 15 min şagird iştirak edib"

AzEdu.az xəbər verir ki, bu sözləri Lütfi zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının mükafatlandırılma mərasimində Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini Rəşad Tağıyev deyib. O, olimpiadanın məntiqi təfəkkürün inkişafında vacibliyi barədə danışıb:

"Lütfi Zadə adına Məntiq olimpiadası artıq üçüncü  ildir, keçirilir. Bu olimpiada da 15 minə yaxın şagird iştirak edib. Onlardan 75-i -V və VI sinif şagirdləri - qalib gəlib.

Yarışma Lütfi Zadəni unutdurmamaq və şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirmək məqsədiylə təşkil olunur" 

Qeyd edək ki, final mərhələsində şagirdlərə 25 test tapşırığı təqdim olunub. 75 nəfər qalibdən 15-i I, 20-si II, 40-ı üçüncü yerin sahibidir.