Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-28 11:55:00
2018-ci ildə işə qəbul olunan direktor müavinləri, müqavilə imzalanan müəllimlər – Rəqəmlər

2018-ci ildə 31 direktor müavini işə qəbul olunub 2018-ci ildə təşkil edilən müsabiqələr vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 31 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 13 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə, 27 nəfər psixoloq vəzifəsinə, 20 nəfər kitabxanaçı vəzifəsinə, 21 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər vəzifəsinə, 33 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə, 130 nəfər laborant vəzifəsinə, 5 nəfər BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə işə qəbul olunub.

Ümumilikdə, 280 nəfərin işə qəbulu həyata keçirilib.

AzEdu.az BŞTHİ-yə istinadən xəbər verir ki, 651 müəllimlə müddətli müqavilə bağlanıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə (65 yaş) çatmış 1226 işçidən 651 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.