Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-27 13:17:00
“Dövlət dəstəkli özəl məktəblərin yaradılması təhsilin inkişafına səbəb olacaq” – Müəllimdən TƏKLİF

“Düşünürəm, dövlət dəstəkli özəl məktəblər təhsilin inkişafına yüksək təsir göstərər. Dövlət dəstəkli özəl məktəblərdə kadr çatşmazlığı məsələsinə gəldikdə isə, belə bir problemin yaranacağına inanmıram. MİQ (Müəllimlərin İşə Qəbulu) ilə işə qəbul olan, bir neçə il iş təcrübəsinə malik müəllimlər burada müəyyən təlim kusunu başa vurduqdan sonra işləyə bilərlər”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı kənd müəllimi Həbib Əlizadə deyib. O, bildirib ki, özəl orta məktəblərdə təhsil haqqı baha olduğundan bu bütün valideynlərin maddi vəziyyətinə uyğun gəlmir:

“Hazırda dövlət məktəblərində belə bir sitem yaranıb ki, şagirdlər “iki məktəb”ə - təhsil aldıqları, bir də kurs və ya repetitor yanına gedirlər. Bu problemlər yuxarı siniflərlə yanaşı,  aşağı, hətta ibtidai siniflərə də aiddir. Yaranmış vəziyyət valideyn və şagirdlərə problem yaradır. Belə ki, bir uşağın gündəlik məktəbə getməsi üçün müəyyən xərc tələb olunur ki, əlavə kurs və ya özəl müəllimlərlə həmin xərc artır. Şagirdlər isə yorulurlar, təsəvvür edin, şagird səhər günün müəyyən hissəsini məktəbdə dərslə məşğul olur, daha sonra isə ya özəl müəllim ya da ki kursdabunu davam etdirir. Nəticədə uşağın bütün günü yalnız dərslə keçir, digər sosial fəaliyyətləri kənarda qalır. Kino, konsert, teatr kimi sosial fəaliyyətlər uşağın dünyagörüşünü formalaşdırır. Bunlar olmadığı haldda, xoşagəlməz vəziyyət yaranır. Bir çox özəl məktəblərdə vəziyyət başqa cürdür, yəni şagirdlər məktəbdə dərslə yanaşı digər sosial fəaliyyətlərlə də məşğul ola bilirlər. Amma gəlin, qəbul edək ki, ödənişlər çox baha olduğundan övladlarını belə məktəblərə göndərmək heç də bütün valideynlərin maddi vəziyyətinə uyğun deyil”.

Gənc müəllim dövlət dəstəkli orta məktəblər təhsilin inkişafına yüksək təsir göstərəcəyinə inanır. O, qeyd edir ki, belə məktəblərdə kadr çatışmazlığı probleminin yaranması real deyil: 

“Dövlət dəstəkli özəl məktəblərdə kadr çatşmazlığı məsələsinə gəldikdə isə, belə bir problemin yaranacağına inanmıram. MİQ (Müəllimlərin İşə Qəbulu) ilə işə qəbul olan, bir neçə il iş təcrübəsinə malik müəllimlər burada müəyyən təlim kusunu başa vurduqdan sonra işləyə bilərlər. Bundan əlavə, məktəbə MİQ –lə qəbul olmayan, hansısa özəl kurs və məktəblərdə dərs keçən müəllimlərin də işləməsi mümkündür”.

Bakıda bir sıra yüksək təhsil verən özəl liseylər var. Bu layihənin də məqsədi belə özəl məktəblərlə eyni səviyyədə təhsil verəcək və eyni zamanda maddi baxımdan əlçatan məktəblərin yaradılmasıdır.

“Bunun üçün də dövlət dəstəyinə ehtiyac var. Dövlət dəstəkli özəl məktəblər istər müəllimlər, istərsə də şagirdlər üçün əhəmiyyətlidir. Yüksək potensiallı şagirdlər var ki, onlar maddi ehtiyac ucubatından öz potensiallarını tam istifadə edə bilmirlər. Müəllimlər üçün müsbət cəhəti isə belə məktəblərdə yüksək əməkhaqqı və yaxşı iş şəraitinin nəzərdə tutulmasıdır. Təbii ki, birdən-birə onlarla belə məktəbin yaranması mümkün deyil, amma hər-halda Bakıda bölgədəki şagirdlərin də qəbulu mümkün olan ən azı bir–iki belə məktəb yaradıla bilər.  Bu, bölgələrdə təhsil alan potensiallı şagirdlərin üzə çıxması üçün yaxşı imkan olar”, - deyə Həbib Əlizadə əlavə edib.

Rəna NƏBİ