Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-22 14:12:43
“Drakon”la məktəb direktorunun istintaqından yeni XƏBƏR

“Dolu” filmindən tanınan, "Drakon” obrazını canlandıran aktyor Rza Rzayev və məktəb direktoru Tural Mirzəliyev arasında olan insidentə hüquqi qiymət verilməsi üçün aparılan istintaqın nəticələri yanvar ayının ortalarında bəlli olacaq.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, istintaq prosesinin gedişatında 175 saylı məktəbin direktoru Tural Mirzəliyevə qarşı aktyor Rza Rzayev tərəfindən hər hansı formada bir təhdid olmayıb.

Hazırda direktorun səhhəti yaxşıdır.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, noyabrın 20-də Rza Rzayev Nizami Rayon Məhkəməsinin qarşısında aylardır qalmaqal yaşadığı Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyüb.

Rza Rzayev direktora bədən xəsarətləri yetirib. Məktəb direktoru bundan sonra Sabunçu rayon 3 saylı xəstəxanaya yerləşdirilib.

Hadisədən bir gün sonra faktla bağlı Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində təhqiqat aparılıb, hər iki şəxsin ərizələri və izahatları alınıb. Faktla əlaqədar toplanmış materiallar sonrakı araşdırmaların aparılması və hadisəyə hüquqi qiymət verilməsi üçün istintaq orqanına göndərilib.