Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-30 15:41:15
Direktorluğa namizədlər sinif  rəhbərini necə seçməlidir? - CAVAB

Direktorların işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.

Göstəricilər  elə də ürəkaçan olmasa da, minimum 40%  nəticə  toplayanlar müsahibə mərhələsində iştirak hüququ  qazanıblar.

Bu etapda namizədlərə ümumi təhsil hüququ, dünyagörüşündən  tutmuş, onun baxış bucağını, təhlil qabiliyyətini əks etdirən suallaradək veriləcək.

AzEdu.az müsahibə müsahibədə ümumi təhsilin idarəçiliyi ilə bağlı  verilməsi gözlənilən sualların cavabını təqdim edir. Onlardan biri də belədir:

-Ümumtəhsil müəssisələrində sinif rəhbərliyi kimlərə verilir?

Sinif rəhbərliyi təşkilatçılıq bacarığı ilə seçilən, şagirdlərin təlim-tərbiyə işinin müasir tələblərini başqalarından daha yaxşı bilən, şagirdəri ürəkdən sevən, onların müxtəlif yaş dövründəki dəyişkən psixoloji xüsusiyyətlərinə bələd olan müəllimlərə verilir.

-Bir müəllim neçə sinfin sinif  rəhbəri ola bilər?

Müəllim yalnız bir sinifdə rəhbərlik edə bilər. Məkətbdə müəllimlərin sayı kifayət qədər olmadıqda isə Təhsil Nazirliyinin icazəsi ilə iki sinifdə sinif rəhbərliyinin apara bilər.

-Ümumi təhsil müəssisələrində sinif rəhbərliyinə görə əlavə nə qədər haqq ödənilir?

Ümumi təhsil müəssisələrində sinif rəhbərliyinə görə əlavə haqlar ödənilir:

I-V siniflərdə bir müəllim stavkasının 15%-i həcmində;

V-XI siniflərdə bir müəllim stavkasının 20%-i həcmində.

Sinifdə şagirdlərin sayı 10 nəfərdən az olduqda sinif rəhbərliyi üçün müvafiq məbləğin 50%-i ödənilir.

Qeyd edək ki, müsahibə mərhələsinin dekabrda keçirilməsi, yeni təqvim ilinədək yekunlaşması planlaşdırılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları