Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-30 14:30:00
Direktorluğa namizədlərə verilən bu suallar onları çətin duruma salır - CAVABLARI

Direktorların işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.

Göstəricilər  elə də ürəkaçan olmasa da, minimum 40%  nəticə  toplayanlar müsahibə mərhələsində iştirak hüququ  qazanıblar.

Bu etapda namizədlərə ümumi təhsil hüququ, dünyagörüşündən  tutmuş, onun baxış bucağını, təhlil qabiliyyətini əks etdirən suallaradək veriləcək.

AzEdu.az müsahibə müsahibədə ümumi təhsilin idarəçiliyi ilə bağlı  verilməsi gözlənilən sualların cavabını təqdim edir. Onlardan biri də belədir:

-Hansı hallarda ibtidai sinif şagirdləri təkrara sinifdə saxlanıla bilər?

Ümumiyyətlə, şagirdlərin sinifdən-sinfə keçirilməsini, müvəffəqiyyətsizliyə və digər səbəblərə görə təkrar sinifdə saxlanılmasını “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar” tənzimləyir. Qaydalara əsasən, ümumi təhsil müəssisələrinin I-VIII, X-XI  sinif şagirdləri tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət olduğu halda sinifdən sinfə keçirilirlər.

İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanılması üçün isə yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab olunur.

Yuxarı siniflərdən fərqli olaraq, ibtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə şagirdlərin sinifdə saxlanılmasına yol verilmir. Həmin şagirdlər psixoloji-tibbi-pedaqoji komisiyanın qərarı ilə digər təhsil proqramları  vasitəsilə təhsilə cəlb olunurlar. Bu, evdə və ya fərdi təhsil formasında ola bilər.

İbtidai sinif şagirdlərinin yuxarı sinfə keçirilməsi və şagirdlərin təkrar sinifdə saxlanması ilə bağlı məsələlər onların valideynlərinin  iştirakı ilə pedaqoji şurada müzakirə olunur. Yalnız bundansonra müvafiq qərar qəbul edilir və məsələ təhsil müəssisəsi üzrə əmrlə rəsmiləşdirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları