Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-30 12:27:44
Direktor olmaq istəyənlərə müsahibə mərhələsində mütləq veriləcək suallar – CAVABLAR   

Direktorların işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.

Göstəricilər  elə də ürəkaçan olmasa da, minimum 40%  nəticə  toplayanlar müsahibə mərhələsində iştirak hüququq qazanıblar.

Bu etapda namizədlərə ümumi təhsil hüququ, dünyagörüşündən  tutmuş, onun baxış bucağını, təhlil qabiliyyətini əks etdirən suallaradək veriləcək.

AzEdu.az müsahibə müsahibədə ümumi təhsilin idarəetməsi ilə bağlı  verilməsi gözlənilən sualların cavabını təqdim edir. Onlardan biri də belədir:

-Şagirdlərinş şəxsi işində hansı məlumatlar qeyd edilir?O, kim tərəfindən aparılır, şagird məktəbdən getdikdə şəxsi iş kimə verilir?

Şəxsi iş bütün məktəblərdə hər şagirdin məktəbə daxil olduğu andan bitirənə qədər aparılır. Şagirdin şəxsi işinə aşağıdakılar yazılır:

-Şagird haqda ümumi məlumat;

-Onun siniflər üzrə yekun müvəffəqiyyəti.

-IX-XI sinifdə oxuduğu dövrdə şagirdin təhsil haqda şəhadətnaməsi də onun şəxsi işində saxlanır və orta məktəbi bitirdikdən sonra ona verilir.

Şagird məktəbdən gedəndə onun şəxsi işinə hər il aparılan tibbi müayinələrin nəticələrinə əsasən doldurulan tibbi arayış qoyulur. Şagirdlərin şəxsi işləri I-IV siniflərdə sinif müəllimləri, V-XI siniflərdə isə sinif rəhbərləri tərəfindən aparılır.

Şagird məktəbdən gedərkən şəxsi işi yazılı ərizəyə əsasən valideynə və ya onu əvəz edən şəxsə verilir. Məktəbi bitirdikdən sonra şagirdin şəxsi işi 5 il məktəbin arxivində saxlanmalıdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları