Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 11:32:06
“Təhsildə neqativ hallar var” - Baş nazirin müavinindən ETİRAF 

“Cəmiyətə böyük neqatv təsir göstərən faktor təhsildə mənfi halların olmasıdır. Bu sahədə biz bütün vəzifələri həll edə bilməmişik”

AzEDu.az xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov müəllimlərinin XV qurultayındakı çıxışı zamanı bildirib. O, təhsil sahəsində görülməli olan işlərdən danışdıqdan sonra qeyd edib ki, cəmiyətə ən çox neqatv təsir göstərən faktor təhsildə mənfi halların olmasıdır:

“Bu sahədə biz bütün vəzifələri həll edə bilməmişik. Təhsildə neqativ hallar var. Cəmiyyət bunu görür. Qarşımızda vəzifələr çoxdur.

İnsan faktorunun inkişaf etdirilməsi müəllimlərin əlindədir. Bizim müəllimlərimiz daha vicdanla vəzifələrini yerinə yetirməlidirlər.

Bütün müəllimlərə vəzifələrində uğurlar arzu edirəm”

Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir. Qurultayda Təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri, təhsil ictimaiyyətinin nümayəndələri və media nümayəndələri iştirak edəcək. Ənənəvi olaraq 5 ildən bir keçirilən qurultayda əsas olaraq "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, hədəflərin həyata keçirilməsi müzakirə olunur. Bundan əlavə, təhsilin digər pillərinə uyğun islahatların həyata keçirilməsi, nəticələrin təhlili işi həyata keçiriləcək.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları