Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 11:26:20
İnsanın bütün taleyi müəllimin verdiyi tərbiyədən asılıdır - Əli Əhmədov

“Təhsil hədəfə çatmaq üçün məhsuldan qüvvəyə çevrilməli, yeni texnologiyaların yaradılmasına xidmət göstərməlidir»

AzEDu.az xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov müəllimlərinin XV qurultayındakı çıxışı zamanı bildirib. O, təhsil sahəsində görülməli olan işlərdən danışarkən qeyd edib ki, bu istiqamətdə ən mühüm vəzifə rəqabətliliyin artırılması olmalıdır:

“İnsanın bütün taleyi, gələcəyi valideynlərinin, məktəb və müəllimin verdiyi tərbiyə, bilikdən asılıdır. Azərbaydam müəllimləri bu vəzifəni layiqincə yerinə yetirirlər. Ölkəmizdə məktəbin inkişafı üçün bütün imkanların yaradılması istiqamətində əzəmətli işlər görülür.

Əsası qoyulan islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq. Təhsil hədəfə çatmaq üçün məhsuldan qüvvəyə çevrilməli, yeni texnologiyaların yaradılmasına xidmət göstərməlidir.

Qarşımızda duran digər vəzifə təhsildə rəqabət qabiliyyətinin artırılmasıdır».

Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir. Qurultayda Təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri, təhsil ictimaiyyətinin nümayəndələri və media nümayəndələri iştirak edəcək. Ənənəvi olaraq 5 ildən bir keçirilən qurultayda əsas olaraq "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, hədəflərin həyata keçirilməsi müzakirə olunur. Bundan əlavə, təhsilin digər pillərinə uyğun islahatların həyata keçirilməsi, nəticələrin təhlili işi həyata keçiriləcək.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları