Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 11:00:00
535 nəfər başqa ölkələrin büdcəsi hesabına ali təhsil alır - Təhsil naziri

“2017-18-ci illərdə 3558 nəfər dünyanın nüfuzlu universitetlərində təqaüd qazanıb. 535 nəfər başqa ölkələrin büdcəsi hesabına müxtəlif ixtisaslar üzrə ali təhsil alırlar”

AzEDu.az xəbər verir ki, bunu təhsilnaziri Ceyhun Bayramov müəllimlərinin XV qurultayındakı çıxışı zamanı bildirib. O ali təhsil göstəricilərini açıqlayarkən qeyd edib ki, 2014-cü ildən ali təhsil sahəsində ilk dəfə 34 ixtisas üzrə Sabah layihəsinin həyata keçirilməsinə başlanıb:

“2017-15ci illərdə 3558 nəfər dünyanın nüfuzlu universitetlərində təqaüd qazanıb. 535 nəfər başqa ölkələrin büdcəsi hesabına müxtəlif ixtisaslar üzrə ali təhsil alırlar. Ölkədə təhsil alan əcnəbilərin sayı da artıb. Azərbaycanda 76 ölkədən 5871 nəfər təhsil alır. Bu isə 17% artım deməkdir”.

Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir. Qurultayda Təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri, təhsil ictimaiyyətinin nümayəndələri və media nümayəndələri iştirak edəcək. Ənənəvi olaraq 5 ildən bir keçirilən qurultayda əsas olaraq "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, hədəflərin həyata keçirilməsi müzakirə olunur. Bundan əlavə, təhsilin digər pillərinə uyğun islahatların həyata keçirilməsi, nəticələrin təhlili işi həyata keçiriləcək.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları