Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 10:45:00
700 nəfər direktor vəzifəsinə işə qəbul olunub - Ceyhun Bayramov

“Ötən il ölkənin 40 rayonunda 100 modul tipli məktəb inşa edilib. Cari ildə 137 modul tipli məktəbin tikintisi başa çatdırılacaq”.

AzEdu.az xəbər verir ki, bunu təhsilnaziri Ceyhun Bayramov müəllimlərinin XV qurultayındakı çıxışı zamanı bildirib.

O qeyd edib ki, 2018-ci ildə 500-dən yuxarı bal toplayanlar arasında 2090 nəfər müəllim ixtisasını seçib:

“Son 5 ildə 700 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 3200 dən çox məktəb tikilib, 1 milyondan çox şagirdin məktəb fəaliyyəti yaxşılaşdırılıb.

Ötən il ölkənin 40 rayonunda 100 modul tipli məktəb inşa edilib. Cari ildə 137 modul tipli məktəbin tikintisi başa çatdırılacaq.

Musiqi, incəsənət, üzrə yaradıcı gəncləri üzə çıxarmaq məqsədilə müxtəlif festivallar həyata keçirilib”.

Azərbaycan müəllimlərinin XV qurultayında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri, təhsil ekspertləri iştirak edirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları