Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 10:30:00
Təhsil naziri hədəflərdən danışdı: “2020-ci ildə 90%-ə çatdırılması müəyyənləşdirilib"

Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir.

AzEdu.az xəbər verir ki, qurultayda çıxış zamanı təhsil naziri Ceyhun Bayramov aparılan təhsil islahatları ilə bağlı statistik göstəriciləri açıqlayıb.

O bildirib ki, son illərdə məktəbəhazırlığın əhatəlilik səviyyəsi  əsaslı şəkildə artıb,  2020-ci ildə 90%-ə çatdırılması  hədəf olaraq müəyyənləşdirilib:

“2015-ci ildə məktəbəhazırlığın əhatəlilik səviyyəsi 24%, 2016-cı ildə 55%, 2017-ci ildə 65%, 2018-ci ildə isə 75% müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında 10 minə qədər müəllim təlimə cəlb edilib.

I siniflərə qəbul artıb. Şagird sayında da artım 230 mindən çox artım müşahidə olunur”.

Nazir bildirib ki, 2013-2018-ci illərdə olimpiadalarda  131 medal qazanılıb. Beynalxalq olimpiada qalibləri istənilən ixtisas, yerli qaliblər isə bəzi ixtisaslar üzrə qəbul imtahanlndan azad ediliblər”.

 

 

 

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları