Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-27 12:35:00
“Riyaziyyat dərsliklərindəki materiallar şagirdin yaş səviyyəsinə uyğun deyil” - Səbəblər açıqlandı    

“Ali məktəblərə qəbul qaydalarının tələbi ilə  Riyaziyyat dərsliklərinin materialları üst-üstə düşmür. Bu, yalnız  kurikulum əsasında tərtib olunan dərsliklərə aid deyil. Tələblərlə uzlaşmamaq ənənəvi dərsliklər üçün də keçərlidir”

Bu sözləri  AzEdu.az-a açıqlaması  zamanı Riyaziyyat müəllimi Elşən Əliyev deyib. O, buraxılış və qəbul imtahanlarında şagirdlərin  Riyaziyyatdan  aşağı nəticə göstərmələrinin səbəblərindən danışıb:

“Riyaziyyat dərsliklərindəki materiallar şagirdin yaş səviyyəsinə uyğun deyil. Təəssüf   ki, bu proses ibtidai siniflərdən başlayaraq yuxarı siniflərə qədər davam edir. Ali məktəblərə qəbul qaydalarının tələbi ilə dərsliklərin materialları üst-üstə düşmür”.

Müəllim qeyd edir ki, bu vəziyyət sadəcə kurikulum əsasında hazırlanan dərsliklərdə müşahidə olunmur:

“Dərsliklərlə qəbulun uzlaşmaması, yalnız kurikulum əsasında tərtib olunan dərsliklərə aid deyil. Tələblərlə uzlaşmamaq ənənəvi dərsliklər üçün də keçərlidir. Kursların və repetitorların tədris metodu Dövlət İmtahan Mərkəzinin proqramına uyğun tərtib olunduğu üçün bu vasitələrlə qəbul imtahanına hazırlaşmaq daha asandır. Yəni, hazırki situasiya dərslikdən istifadə etmədən də yaxşı nəticə əldə etməyi mümkün edir”.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlaması zamanı abituriyentlərin buraxılış və qəbul imtahanlarında Riyaziyyat fənni üzrə göstəricilərinin digər fənlərə nisbətən daha aşağı olduğunu qeyd etmişdi.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları