Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-27 11:40:00
Azərbaycanda qadın müəllimləri kişilərdən 5 dəfə çoxdur - İNFOQRAFİKA

Sabah Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək.

AzEdu.az xəbər verir mki, qurultayda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri iştirak edəcək.

Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə dəvət edilib.

Qurultayda "Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunacaq, ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılacaq.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi medalı” ilə təltif olunmuş 100-dən artıq təhsil işçisinə dövlət təltifləri təqdim ediləcək.

Qeyd edək ki, hazırda Azərbaycanın ümumitəhsil müəssisələrində 144.314 müəllim çalışır. Onlardan 119.038-i qadın, 25.276-ı kişidir.