Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-22 11:45:10
Direktorların işəqəbul imtahanının müsahibə mərhələsi hansı tarixdə keçiriləcək? – Rəsmi cavab  

AzEdu.az xəbər verir ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları mərkəzinin müdir əvəzi Murad Camalzadə Təhsil tv-də yayımlanan “Həftənin sualı” verilişində direktorların işə qəbulu ilə bağlı sualları cavablayıb.

O, üçüncü-müsahibə mərhələsinin nə vaxt keçiriləcəyi ilə bağlı namizədlərdə yaranan suala cavab olaraq bildirib ki, prosesin növbəti təqvim ili başlayanadək yekunlaşması nəzərdə tutulur:

“22-23 noyabr tarixlərində test imtahanları baş tutacaq. Ümumilikdə isə prosesin növbəti təqvim ili başlananadək yekunlaşması nəzərdə tutulub. Dekabrda müsahibə keçiriləcək və proses yekunlaşacaq”.

Qeyd edək ki, bu gün direktorların işə qəbul imtahanının test mərhələsi keçirlir. Saat 10-da başlanan imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq. İmtahan 90 dəqiqə davam edəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları