Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-30 21:48:33
Bu rektorlar "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif OLUNDULAR

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə, "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edilənlər arasında universitet rektorları da yer alıb.

 

AzEdu.az xəbər verir ki,  yubiley medalını rektorlara elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.

 

Qeyd edək ki, təltif olunanlar arasında BANM rektoru Elmar Qasımov, UNEC rektoru Ədalət Muradov, ADMİU rektoru Ceyran Mahmudova, NDU rektoru Elbrus İsayev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov,  Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və  Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova var.