Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-30 13:44:56
“Təhsil adamları ilə görüşlər davamlı olmalıdır”

Ötən gün UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi, UNEC Avrasiya İqtisadiyyatı Beynəlxlaq Elmi-Tədqiqat Mərkəzi və UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Mərkəzinin təşkilatçılığı ilə "Yeni dövrdə yeni ideyalarla" mövzusunda silsilə müzakirələr çərçivəsində növbəti dəyirmi masa keçirilib.

 

Dəyirmi masa iştirakçıları arasında ADA Universitetinin prorektoru Dr. Vəfa Kazdal müzakirələrlə bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb.

 

Vəfa Kazdal dəyimi masada qaldırılan bütün məsələlərin əslində çox aktual məsələ olduğunu diqqətə çatdırıb:

 

“Biz bir təhsil icması kimi bu cür məsələləri hər zaman qaldırıb müzakirə etməliyik. Eyni zamanda müzakirə edilən mövzuların bir növ həll yollarını da tapıb məsləhət görməliyik. Dəyirmi masanın məni qane edən tərəfi o oldu ki, hər bir iştirakçı təhsil və digər sahə üzrə ekspertlər mövzuya konstruktiv şəkildə yanaşdılar. Eyni zamanda qeyd etmək istəyirəm ki, qaldırılan məsələlərin müzakirəsi vaxt olaraq çox yerindədir. Arzu edirəm ki, bu cür görüşlər davam edəcək və təkcə müzakirə predmentində deyil, bir araya gəlib müzakirələrin müsbət nəticlərini də müzakirə edərik”.