Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-30 09:55:25
İmişlidə qəzada xəsarət alan əkizlərdən biri ölüb 

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan əkiz körpələrdən biri ölüb.

 

AzEdu.az xəbər verir ki, yol qəzasında xəsarət alan 2024-ci il təvəllüdlü əkiz qardaşlar Niftullayev Nurlan Nemət oğlu və Niftullayev Firudin Nemət oğlu reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərinə səyinə baxmayaraq Nurlanın həyatını xilas etmək mümkün olmayıb. O, saat 4 radələrində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.