Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-16 15:44:25
Şəki-Zaqatala RTİ-də 300 bal toplayan ONLARDIR

Martın 10-da keçirilmiş (IX sinif üzrə) buraxılış imtahanında Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 2 şagird maksimum nəticə göstərib.

 

AzEdu.az Təhsil Portalı həmin şagirdlər barədə məlumatları təqdim edir. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Qax şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Humay Harunova və Ayşən Nəzirova 300 bal toplayıblar.

 

Bununla da region üzrə maksimum nəticə göstərən şagirdlərin sayı ümumilikdə 8 nəfərə çatıb.

 

Həmin şagirdlərin fotolarını təqdim edirik.

 

Qeyd edək ki,martın 3-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Şəki şəhər 18 nömrəli tam orta məktəbin şagirdi Zərifə İlyasova, Şəki şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Fatimə Teymurlu, Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdi Amalya Əliyeva, Qəbələ rayonu Həmzəlli kənd tam orta məktəbin şagirdi Elşən Yusibov, Qəbələ rayonu Nohurqışlaq kənd tam orta məktəbin şagirdi Səidə Rəhimova və Qəbələ şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Lalə Xancanova 300 bal toplayıblar.