Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-01 09:13:00
DİM mart ayında bu imtahanları keçirəcək - SİYAHI 

Dövlət İmtahan Mərkəzi (DİM) bu aydan etibarən təhsil müəssisələrinə qəbul üçün müxtəlif imtahanlar keçirəcək.

 

AzEdu.az mart ayında keçiriləcək imtahan tarixləri barədə məlumat verir. 

 

3 mart tarixində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona (Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış k.), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Çilov adasında yerləşən məktəb, tədrisi ingilis və fransız dilində olan məktəblər) eləcə də Yuxarıdakı şəhər və rayonlara uyğun Peşə liseylərinin buraxılış imtahanı keçiriləcək.

 

4 mart tarixində xarici dil imtahanı (doktorantura, danışıq bloku) keçiriləcək. 

 

9 mart tarixində SAT imtahanı keçiriləcək.

 

10 mart tarixində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona (Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Sumqayıt, Naxçıvan, Gəncə - 2, Mingəçevir, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Masallı, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 №-li məktəb), Ağdam, Zəngilan (Ağalı k.), Laçın (Şəhər 2 №-li), Laçın (Zabux k.), Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar, Bakı xüsusi məktəblər (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblər)eləcə də yuxarıdakı şəhər və rayonlara uyğun Peşə liseylərinin buraxılış imtahanı keçiriləcək.

 

2-16 mart TKT (kağız-əsaslı) imtahanı keçiriləcək. 

 

17 mart tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona (Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov, Gəncə - 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran - 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran) keçiriləcək.