Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-09 14:34:00
Bakı Biznes Universitetinin şəhid məzunları... - TANIYAQ

Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan Universitetlərinin onlarla tələbə və məzunları da var.

 

AzEdu.az Təhsil Portalı şəhid olan tələbə və məzunlar barədə universitetlərdən məlumat alacaq.

 

Bakı Biznes Universitetinin tələbə qəbulu və ictimaiyyətlə əlaqələr mərkəzininin direktoru Əli Bağırzadə bildirib ki, ali təhsil ocağının 4 şəhid məzunu var:

 

“Elxan Məmmədli, İlkin Xosrovzadə, Qüdrət Adışov və Murad Vəliyev şəhid olan məzunlarımızdır”.

 

Elxan Məmmədli – Leytenant

 

Qüdrət Adışov - Goranboy istiqamətində gedən döyüş əməliyyatlarında şəhid olmuşdur. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

İlkin Xosrovzadə - Zəngilan rayonunun işğaldan azad edilməsi uğrundakı döyüş əməliyyatlarında şəhid olmuşdur. Ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “ Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

 

Murad Vəliyev - Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında şəhid olmuşdur. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

 

Qeyd edilib ki, universitetdə şəhid məzun və tələbələrin xatirə lövhəsi yaradılıb:

 

"Şəhidlər haqqında sosial şəbəkələrdə, saytımızda məlumatlar yerləşdirilib. Tədbirlərdə və anım günlərində tədbir iştirakçıları eyni zamanda qonaqlarla birlikdə şəhidlər haqqında məlumatlar verilir”.