Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 09:13:00
"Azərbaycanda tibb sahəsi üzrə mütəxəssis çatışmazlığı var" - Səbəb nədir?

Azərbaycanda tibb sahəsini bitirən gənclər günümüzdə xarici ölkələrdə təhsil almağa üstünlük verirlər. Belə olan halda ölkədə peşəkar həkimlərin sayında azlıq müşahidə edilməyə başlayır.

 

Qeyd edilir ki, ən çox üz tutulan ölkələrdən biri də Türkiyədir.

 

Maraqlıdır, niyə həkimlər xarici ölkələrdə ixtisasartırmaya üstünlük verirlər? Ölkədə bununla bağlı tibb təhsilinin səviyyəsini qaldırmaq üçün nələr etmək olar?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə bu gün Azərbaycan ali tibb təhsilli ixtisaslı mütəxəssislərin hazırlanması üçün təhsil müəssisələri azdır və hazırda ciddi şəkildə tibbi mütəxəssis çatışmazlığı var:

 

“Hazırda Azərbaycanda ali tibb təhsil üzrə kadrlar Azərbaycan Tibb Universitetində, Naxçıvan Dövlət Universitetində və Seçenov adına Moskva Dövlət Universitetində Azərbaycan filialında kadr hazırlığı həyata keçirilir. Etiraf edək ki, bu gün Azərbaycan ali tibb təhsilli ixtisaslı mütəxəssislərin hazırlanması üçün təhsil müəssisələri azdır və ciddi şəkildə tibbi mütəxəssis çatışmazlığı var.

 

Nəzərə alsaq ki, Azərbaycanda da ali tibb təhsili almış şəxslər təhsillərini davam etdirmək üçün xarici ölkərə üz tuturlar. Bu da ölkədə ciddi şəkildə kadr çatışmazlığını yaradır. Hətta bu gün ölkədə tibbi mütəxəssislərin 70-80%-ə qədəri Bakıda cəmləşib və bölgələrdə ciddi şəkildə tibbi mütəxəssislərin çatışmazlığı hiss olunur. Bu vəziyyətin qaldırılması üçün özəl ali təhsil müəssisələrində də tibbi ixtisas olmalıdır”.

 

Həmsöhbətimiz təklif edib ki, tibb üzrə mütəxəssislərin xaricə getməsinin qarşısını almaq üçün yaxşı əmək haqqı təqdim edilməlidir:

 

“Hazırda kifayət qədər ölkədə özəl klinikalar var və özəl universitetlər klinikalarla əməkdaşlıq etməklə kadr hazırlığının təminatını həyata keçirə bilərlər. Bu gün ölkədə orta ixtisas təhsil müəssisələrində kolleclərdə tibbi mütəxəssislər var, lakin onlar yüksək səviyyədə kadr hazırlığını həyata keçirmir.

 

Ciddi şəkildə tibbi mütəxəssislərin hazırlığına fikir vermək lazımdır. Nəzərə alsaq ki, bu mütəxəssislər gələcəkdə Azərbaycanda insanların sağlamlığı üçün çalışacaq şəxslərdir ona görə də biz tibbi təhsil keyfiyyətini artırmalıyıq.

 

Təəssüflər olsun ki, Azərbaycanda maddi-texniki baza o qədər də ürək açan deyil. Xüsusilədə kitablarla bağlı. Tibbi təhsilin kitabxana fondu ilə bağlı biz də problemlər var. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə ciddi iş görülməlidir”.