Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-06 10:36:00
Ədalət Muradovun təklifi ali təhsilimizə müsbət təsir edəcək

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılmasını təklif edib.

 

Maraqlıdır, Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılmasını təklifi gələcəkdə hansı müsbət effektlər verə bilər?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Millət vəkili Zahid Oruc qeyd edib ki, UNEC Azərbaycanın ali təhsil məkanında özünəməxsus müsbət yer tutur:

 

“Biz parlament üzvüləri mütəmadi olaraq təhsil müəssisəsinin müxtəlif formatlı, tədbirlərində, seminar və konfranslarında iştirak edirik. Bu onun göstəricisidir ki, həqiqətən də fəal təşəbbüskarlıq, elm və təhsil məsələlərinə yüksək dərəcədə həssaslıq, həmçinin səmərəli ideyaları sistemləşdirilməsi ilə təhsil sistemində tətbiq etmək üçün addımlar atılır.

 

Belə ki, bu layihənin beynəlxalq praktikada da geniş tətbiq olunduğunu söyləmək olar. Yəni nazirliklər bəlli profil və nizamnamə əsasında fəaliyyət aparan qurumlardır. Lakin komissiyalar müxtəlif sahələrin təmsilçilərindən formalaşa bilərlər.

 

Hər bir sahədə elmin, təhsilin rolu və üzərinə qoyulan tələblər artıb. Bu təkcə yeni texnologiyaların artıq müasir dövrün bir nömrəli çağrışına çevrilməsindən qaynaqlanmır. Biz düşünürük ki, bir tərəfdən dəyişən iqtisadiyyatın bütün sferalarda qarşıya qoyduğu vəzifələrin həlli vacibdir. Nəzərə almalıyıq ki, təkcə hansısa kitablar, dərsliklər və s. dəyişmir, bu gün həyatımızın ümumi ahəngində orataya çıxan yeni sahələrin hər birini təhsil sisteminə gətirmək, onun üçün mütəxəssisləri formlaşdırmaq və onların əliylə yeni gələn nəslə bunları ötürmək çox önəmli məsələlərdir”.

 

Deputat bildirib ki, layihəyə münasibəti müsbətdir:

 

“Hörmətli Ədalət müəllimin qaldırdığı məsələyə müsbət yanaşıram və alqışlayıram. Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı mərasimdə fundamental elmi məsələlərə toxundu. Bunların hər biri bizim ali təhsil ocaqlarında geniş şəkildə təhlil olunmalı və ətrafında bütün ali təhsil müəssisələrimiz səfərbər edilməlidir.

 

Ali təhsil sferasında yaradılacaq komissiyalar çoxşaxəli istiqamətlərdə ölkə rəhbərinin qeyd etdiyi məsələləri qarşıya qoyub, bununla bağlı mütəmadi görüşlər edə və hesabatlılığını həyata keçirə bilər. Bu da öz növbəsində Elm və Təhsil Nazirliyinin fəaliyyətinə də müsbət təsir etmiş olar.

 

İnformasiya texnologiya sahələrində çox istedadlı gənclərimiz milli məhsullar yaradırlar. Azərbaycanda təhsil sferasında olan bu cür təşəbbüsləri yalnız biz alqışlayırıq və bunun tərəfindəyik. Əminəm ki, bu yöndə də adımlar atılacaqdır”.