Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-04 14:10:00
“Builki buraxılış imtahanı kifayət qədər asan idi”

Martın 3-də Dövlət İmtahan Mərkəzi (DİM)  tərəfindən buraxılış imtahanı keçirildi. İmtahan 30 şəhər və rayonda təşkil olunub.

 

Maraqlıdır, abituriyentlər ən çox hansı fəndən çətinlik çəkiblər?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, DİM tərəfindən keçirilən buraxılış imtahanı ümumitəhsil proqramına və kurikulumun məzmun standartlarına uyğun idi:

 

“Xarici dillə bağlı ümumilikdə vəziyyət kifayət qədər yaxşıdır. Artıq abituriyentlərin ingilis dili ilə bağlı bilikləri nəzəri deyil, praktikidir. İlkin müşahidələrə əsasən qeyd edə bilərəm ki, mətn tipli test tapşırıqların işlənməsi əvvəlki illərlə müqayisədə yaxşı idi. Ümumilikdə martın 3-də keçirilən buraxılış imtahanının bütün sualları dərsliklərə və 2008-ci ildən tətbiq edilən kurikulumun məzmun standartlarına uyğun idi”.

 

Kamran Əsədovun sözlərinə görə 2022-2023-cü illərdə keçirilən imtahanlarla müqayisədə bu il buraxılış imtahanının nəticələri daha yaxşı olacaq:

 

“Hətta biz bir neçə maksimum nəticə göstərən abituriyentin olmasını proqnozlaşdırırıq.  Həmçinin “Təhsil Ekspertləri Mərkəzi” olaraq apardığımız test tapşırıqları üzərində analizlər imtahandakı sualların dərsliklər əsasında hazırlandığını deməyə əsas verir. Builki imtahan kifayət qədər asan idi”.