Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-22 09:01:00
“Tarixdə bu gün” - 22 fevral nə ilə yadda qalıb?

Bəzi günlər bir sıra əhəmiyyətli hadisələrlə yadda qalıb. Ancaq cəmiyyət bu tarixi hadisələrin günlərinə  elə də bələd deyil. 

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün müvafiq olaraq dünyada, eləcə də Azərbaycanda tarixi əhəmiyyətli hadisələr barədə ictimaiyyəti məlumatlamdırır. 

 

22 fevral tarixində baş vermiş tarixi əhəmiyyətli hadisələri təqdim edirik.

 

22 fevral Cinayət Qurbanlarına Beynəlxalq Dəstək Günüdür:

 

1990-cı ildə Böyük Britaniya hökuməti “Cinayət qurbanlarının xatriyası” adlı sənədi beynəlxalq müzakirəyə çıxardı. BMT-nin himayəsini qazanan bu təşəbbüsə əsasən, fevralın 22-si Cinayət Qurbanlarına Beynəlxalq Dəstək Günü kimi qeyd olunur.

 

22 fevral Avtomobil yolları işçilərinin peşə bayramı günüdür:

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra  hər il  bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.

 

22 fevral 1914-cü ildə ilk Azərbaycan türkcəsində jurnal olan “Lək-Lək” nəşr edilib:

 

"Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. 

 

Jurnal "Molla Nəsrəddin" ədəbi məktəbi ənənələrini davam etdirib. Jurnala molla nəsrəddinçi yazıçılar, Cabbar Əsgərzadə "Lək-lək", "Müqəllid", Əli Məhzun Rəhimov "Yetim cücə", Məmməd Səid Ordubadi "Hərdəmxəyal" təxəllüsləri ilə yazılar yazırdılar. Hazlrda jurnal Azərbaycan Tarix Muzeyində jurnalın bütün sayları cildlənmiş şəkildə mühafizə olunur.

 

22 fevral 1968-ci ildə Bakıda Şah İsmayıl Xətai metrostansiyasının açılışı olub:

 

Bakı Metropoliteninin ən dərin stansiyasıdır. Buradan qatarlar yalnız Cəfər Cabbarlı stansiyasına hərəkət edir və geri qayıdır. Gələcəkdə Yaşıl xəttin tamamlanması nəticəsində bu stansiya Dərnəgül stansiyasına birləşdiriləcək.

 

22 fevral 2022-ci ildə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb:

 

Prezident İlham Əliyev öz növbəsində qeyd edib ki, Bəyannamə iki dövlətin birgə fəaliyyətinin ən mühüm sahələrini əhatə edir və ikitərəfli münasibətlərin gələcəyi üçün böyük əhəmiyyət kəsb edəcək.

 

22 fevral 2021-ci ildə Azərbaycan Respublikasının xalq artisti, Yalçın Rzazadə Yalçın Rzazadə vəfat edib:

 

31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirir.1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirib.1979-cu ildə əməkdar artist, 1999-cu ildə xalq artisti adına layiq görülüb. Bununla yanaşı 2 dəfə karate üzre çempionu olub.

 

"Dədə Qorqud", "Gün keçdi", "Qaynana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.

 

Qeyd edək ki, xalq artisti vəfat edənədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.