Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-21 13:25:00
Müəllimləri motivasiya etməyin 5 yolu

Onlayn mediada şagird və tələbələrin motivasiyası ilə bağlı tövsiyyə xarakterli məlumatlara tez-tez rast gəlirik. Bu yazılarda çox vaxt şagird və tələbələrin motivasiyası üçün müəllimlərin etməli olduğu şeylər sadalanır. Amma müəllimlərdə də vaxt keçdikcə ruhdan düşmə, həvəssizlik halları az müşahidə edilmir.

AzEdu.az xəbər verir ki, ABŞ-ın elmi jurnallarından biri olan Education World  müəllimlərin motivasiya olunması üçün lazım olan 5 vacib ünsürü qeyd edib:

-Müəllimlər sinfin liderləridir. Bu səbəbdən onların sinifdən kənarda rahatlıq tapmaq, eyni zamanda da özünü sinifdə hiss edərək sabahkı dərsə hazırlaşması üçün məkana ehtiyacları var. Məktəblərdə hər müəllimin xüsusi iş otağının olmasına diqqət edilməlidir. Belə olduqda yalnz müəllimlərin deyil, tələbələrin də performansı artacaq.

-Müəllimlər həyatlarını öyrənməyə sərf edirlər. Hər insanın fərqli öyrənmə tərzi olduğunu bildiklərinə görə, daim öyrətməyin fərqli metodlarını kəşf etməyə çalışırlar. Bu səbəbdən müəllimlərin özlərini inkişaf etdirmələri üçün şəraitin yaraılmasında fayda var. Müxtəlif seminar, görüş, treninqlərlə onları pozitiv ruhda və aktiv saxlamaq olar.

-Müəllimlər şagirdlərlə münasibətdə ünsiyyətin rolunu çox yaxşı bilir, dostluq münasibətini qorumaq üçün daim tələbə və şagirdlərin ehtiyaclarını dinləməli olurlar.  Bu səbəbdən özləri deməsələr də, onları da problemlərinin dnlənilməsini istəyirlər. Bu, tamamilə məktəb rəhbərliyindən asılı olsa da, müəllimlər hörmətlə hansısa nəzakət və jest gözlədiklərini dilə gətirməkdən çəkinməməlidirlər.

-Çalışdığı məktəbin maddi texniki təminatının hansı səviyyədə olması da müəllimlərin motivasiyasına təsir edir.  Yeni tədris metodlarından faydalanmaq üçün texniki tminata ehtiyac var. Beyində yeni ideyalar olan, onları reallaşdırma qüçün isə yetərli vəsaitləri olmayan müəllim motivasiyadan düşə bilər.

-Elmi jurnalda müəllimlərn motivasiyasında əməkhaqqının rolu da qeyd olunub. 2011-ci ildə aparılan sonuncu araşdrmanı nəzərə çatdıran Education World  müəllimlərin digər peşə sahibləri ilə müqayisədə daha az qazandığını vurğulayıb

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları