Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-18 10:10:00
Azərbaycanda bir neçə məktəb birləşdirilir, bəziləri ləğv edilir

2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub.

 

AzEdu.az xəbər verir ki, bunu APA-ya açıqlamasınsa Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.

 
 

O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur:

 

"Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu,xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir".