Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-15 12:51:48
ABŞ səfirliyi kitabxanaya 250-dən çox kitab hədiyyə edib

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıdakı kitabxanalardan birinə 250-dən çox kitab bağışlayıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi X səhifəsində məlumat verilib. 

 
 

"ABŞ səfirliyinin inzibati işlər üzrə müşaviri Endryu Berdi bu gün Səbail rayon mərkəzi kitabxanasına baş çəkib və kitabxanaya 250-dən çox ingilis dilində kitab və DVD verib. Ümid edirik ki, Səbail rayonunda təhsil alan tələbələr bu kitablardan və DVD-lərdən faydalanaraq, öz ingilis dili bacarığını təkmilləşdirəcək!", - məlumatda deyilir.