Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-15 11:14:00
1145 məktəb fiber-optik şəbəkəyə qoşulub

"2020-ci ildə 36 şagirdə 1 kompüter düşürdüsə, 2026-cı ildə hər 6 şagirdə1 kompüter düşəcək".

 

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI qurultayının açılış mərasimində çıxışı zamanı deyib.

 

O bildirib ki, hazırda 2020-ci illə müqayisədə 1145 məktəb fiber-optik şəbəkəyə qoşulub.

 

"Növbəti illərdə fiber-optik şəbəkəyə qoşulmuş məktəb sayının artırılmasına çalışacayıq",- deyə əlavə edib.