Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-04 13:33:56
Valideyn hansısa bağçadan narazıdırsa, övladını göndərməyə bilər - Nazir

"Valideyn hansısa özəl bağçadan narazıdırsa, övladını həmin bağçaya göndərməyə bilər".

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev özəl bağçalarla bağlı narazılıqla əlaqədar sualı cavablandırarkən deyib.

 

O bildirib ki, kimlərinsə arasında konflikt olubsa, dövləti çağırmağa gərək yoxdur:

 

"Bunun üçün hansısa cəzalandırma mexanizmi yoxdur. Dövlət cinayət, inzibati pozuntu olduğu zaman müdaxilə edə bilir. Lakin iki valideyn, şəxs arasındakı münaqişəni dövlət həll edə bilməz".