Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-22 10:27:00
6 yeni bağça fəaliyyətə başlayıb

2023-cü il ərzində 6 yeni inşa edilmiş məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb.


 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

 


Bildirilib ki, bu məktəbəqədər təhsil müəssisələri Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən 100 yerlik 13 və 14 nömrəli uşaq bağçası, Laçın rayonunda 140 yerlik 6 nömrəli körpələr evi-uşaq bağçası, Ağalı kəndində 60 yerlik uşaq bağçası, Talış kəndində 15 yerlik uşaq bağçası, İsmayıllı şəhərində 100 yerlik 4 nömrəli uşaq bağçası və Ağsu rayonu Növcü kəndində 60 nəfərlik uşaq bağçasıdır.

 
  
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin tikinti və təmiri istiqamətində tədbirlər davam etdirilir.