Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-01 09:57:33
Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılır

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.  Səbəb 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi ilə bağlıdır.

 

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, komplektləşmə prosesi bitdikdən sonra  uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

 

 

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.