Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 16:12:00
Nazirlik 97 bağça müəlliminə iş verdi - RƏSMİ

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi müəllimlərin işə qəbulu üzrə müsabiqədə 97 namizəd test imtahanı və müsahibə nəticəsinə uyğun olaraq faktiki yaşayış yeri üzrə vakant yerlərə yerləşdirilib. 

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi müəllimlərin işə qəbulu üzrə müsabiqədə 366 nəfər uğur qazanıb.

 

Uğur qazanan namizədlərdən 97 nəfər işlə təmin olunub.

 

"İl ərzində vakant yerlər yarandığı halda namizədlərin şəxsi səhifələrində qeyd olunan faktiki yaşayış yeri və imtahan nəticəsinə uyğun yerləşdirilməsi aparılacaq”, - deyə Nazirlikdən bildirlib.