Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-04 13:29:51
“SABAH” mərkəzlərinin rəhbərləri Radiasiya Problemləri İnstitutunda olublar

Radiasiya Problemləri İnstitutunda Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarının İcra Komitəsi ilə görüş keçirilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, görüşdə bir neçə ali təhsil müəssisəsinin “SABAH” mərkəzlərinin rəhbərləri də iştirak ediblər.

 

Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev rəhbərlik etdiyi müəssisənin elmi istiqamətləri, aparılan elmi-tədqiqat işləri, innovasiyalar, yeni tədqiqat avadanlıqları haqqında məlumat verib.

 

İcra Komitəsinin rəhbəri Eldar Qocayev “SABAH” qruplarının məqsədlərindən, elmlə təhsilin inteqrasiyasından, tələbələrin elmi-tədqiqat laboratoriyalarında aparılan tədqiqatlarda iştirakının vacibliyindən danışıb.

 

Görüşdə magistr ixtisasları hazırlığı üzrə institutun imkanları müzakirə edilib. Sonda qonaqlar institutun elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar.