Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-07 10:11:32
Elm və təhsil nazirinin Abşerondakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Elm və təhsil naziri Emin Əmrullayevin 15 mart tarixində Abşeron rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Belə ki, qəbul martın 14-də keçiriləcək. 

 

AzEdu.az xəbər verir ki, qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərinin iştirakı nəzərdə tutulub.

 

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.