Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-04 13:21:04
Vətəndaş müraciətlərinin statistikası

Fevralın 16-dan 29-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 20 497 vətəndaş müraciəti daxil olub.

 

 
AzEdu.az xəbər verir ki, müraciətlərin 14 230-u çağrı mərkəzləri, 686-sı sosial media, 2 284-ü "WhatsApp xidməti" vasitəsilə, 1 084-ü  elektron, 1 027-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 1 186 müraciət qeydə alınıb. 


 
Müraciətlər şagirdlərin yerdəyişməsi, təhsil haqqı və güzəştlər, məktəbəqədər təhsil müəssisələrinə qəbul, təhsil tələbə krediti və digər məsələlərlə bağlı olub.