Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-14 14:45:08
İdris İsayev Abşeronda vətəndaşları qəbul edib

Martın 14-də elm və təhsil nazirinin müavini İdris İsayev Abşeron rayonunda vətəndaşları qəbul edib.

 
AzEdu.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 
 
Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinləri iştirak ediblər.
 
Vətəndaşların müraciətləri işə qəbul, ümumi təhsil və digər məsələlərlə bağlı olub.
 
Nazir müavini İdris İsayev qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.