Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-07 14:59:11
DİM -də kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

İclasda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

AzEdu.az xəbər verir ki, sonra DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva iclas iştirakçılarını Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə təbrik etdi və xalqımıza bu qələbəni qazandıran Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığından söz açdı.

 

Vətən müharibəsi iştirakçısı, DİM-in böyük məsləhətçisi İmaməli Rzayev Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə hamını təbrik etdi. Dövlətimizin və cəmiyyətimizin qazilərə göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi.

 

DİM-in sektor müdiri Royal Qulusoy və kimya fənni üzrə işçi qrupunun rəhbəri Elşad Abdullayev də iclas iştirakçılarını qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etdilər.

 

Daha sonra işçi qrupunun üzvləri gündəlik məsələnin müzakirəsini davam etdirdilər. Gündəlik məsələ I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsinin davamı oldu.

 

İclasda bir neçə qapalı (verilənlərdən bir doğru cavabın seçilməsi) və açıq tipli (cavabı kodlaşdırıla bilən) test tapşırıqlarının müzakirəsi aparıldı. Hər bir tapşırığın müvafiq fənn kurikulumunun təlim nəticəsinə və istifadədə olan dərsliklərə uyğunluğu yoxlanıldı. Qeyd edilən məsələlərlə bağlı iştirakçılar fikirlər bildirib və təkliflər veriblər.

 

İşçi qrupunun növbəti iclası 14 noyabr 2023-cü il tarixində keçiriləcək.