Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-25 10:41:00
Universitetlərin bitməyən PROBLEMLƏRİ - “Tədqiqatlar kafedra səviyyəsindədir”

Ali təhsil müəssisələrinin elmi tədqiqatlarının beynəlxalq səviyyədə tanına bilməməsi məsələsi son zamanlar gündəmdədir. Bəziləri hesab edir ki, Azərbaycanın ali məktəblərində tədrisin keyfiyyəti birbaşa tədqiqatların səviyyəsinə təsir edir.

 

Bəs görəsən təhsilin keyfiyyət faktoru elmi tədqiqatların hazırlanmasında nə qədər rola malikdir?

 

Mövzu ilə əlaqədar AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, ali təhsil müəssisələrinə xaricdən tələbə və mütəxəssis cəlb edilməli, əmək bazarının tələblərinə cavab verən kadrlar hazırlanmalıdır:

 

 kamran-esedov-izleyicini-tehqir-etdi

 “Bu gün Azərbaycanın ali təhsil müəssisələrinin məzunları əmək bazarının tələblərinə və müasir standartlara cavab verə bilmir. Qərbdə son illərdə ali təhsil cəmiyyətin həyatında mühüm rol oynayır. Qlobal bilik, iqtisadiyyat, texnologiya və elm əsaslı tədqiqatlar artır. Ölkəmizdə isə az sayda universitet istisna olmaqla digər ali məktəblər əmək bazarında eləcə də regionda gedən hadisələrdə aktiv iştirak edə bilmir. Tədris və tədqiqatın innovativ inkişafında bacarıqlı vətəndaş, peşəkar kadr yetişdirilməsində problemlər yaşayırıq. Məhz ona görə də beynəlxalq tədqiqat predmeti ola bilmirik. Estoniyada, Latviyada, Qazaxıstanda, Malaziyadakı universitetlərdə konkret strategiyalar var. Amma Azərbaycan ali təhsil müəssisələrində bu barədə problemlər mövcuddur. Ona görə də biz proseslərdən geri qalırıq”.

 

Ekspert universitetlərin keyfiyyət baxımından ürəkaçan olmadığını vurğulayıb: “Keyfiyyətin ölçülməsi, tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində ciddi probemlər var. Qanunvericilikdə bu barədə ciddi boşluqlar olduğundan hər universitet özünəməxsus yanaşma sistemi tətbiq edir”.

 

Müsahibimiz Azərbaycan universitetlərindən neçəsində tədqiqat aparıldığı mövzusuna toxunub: Azərbaycanda akreditasiyadan keçmiş 51 təhsil müəssisəsi olduğu halda onlardan yalnız 37-də tədqiqat aparılır. Bu da ancaq kafedra səviyyəsindədir.  Bu statistika əvvəlki illərdə daha yüksək idi. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında və Bakı Dövlət Universitetində müəyyən qədər tədqiqatçılıq yaxşı səviyyədədir. Qalan universitetlərdə beynəlxalq səviyyədə tədqiqatlar aparılmır.