Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-24 12:05:45
Görkəmli bəstəkar  məktəblilərlə görüşəcək

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, görüş oktyabrın 25-də paytaxtdakı 42 nömrəli tam orta məktəbdə baş tutacaq.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq artisti, bəstəkar  Faiq Sücəddinov olacaq.  

 

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, mütaliənin üstünlükləri, asudə vaxtın düzgün təşkil olunması, musiqi zövqünün formalaşdırılması, incəsənət bacarıqlarının inkişafı, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

 

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

 

Görüşü, həmçinin “İki sahil” internet televiziyası da işıqlandıracaq.