Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-17 10:11:18
Lənkəran-Astara RTİ 650+ bal yığanları TƏQDİM EDİB - FOTO  

Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanların nəticələrinə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə yüksək bal toplayan məzunlar təqdim olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

 

Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbin məzunu Hüseynov Anar İsmyaıl oğlu II ixtisas qrupu üzrə 658 bal, Masallı rayon Türkoba kənd S.Vurğun adına tam orta məktəbin məzunu Mehtiyev Məhəmməd Hakim oğlu III ixtisas qrupu üzrə 657 bal, Yardımlı şəhər M.F.Axundov adına tam orta məktəbin məzunu Nəbizadə Leyla Bəhruz qızı IV ixtisas qrupu üzrə 654 bal yığıblar.

 

Bundan başqa, Astara şəhər 5 nömrəli tam orta məktəbin məzunu Həsənzadə Nihad Rəşad oğlu II ixtisas qrupu üzrə 651 bal, Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-liseyin məzunu İsmayılzadə Nigar Raid qızı I ixtisas qrupu üzrə 650,9 bal toplayıblar.

 

Lənkəran-Astara RTİ-dən bildirilib ki, yüksək bal toplayan məzunlarla bağlı paylaşımlar davam edəcək.