Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-16 17:44:00
“İnternet bütün dərslərə inteqrasiya olunmalıdır” - RƏY  

 

Dövrün inkişaf dinamikasından asılı olaraq cəmiyyətdə müəyyən tələblər meydana gəlir. Sözügedən tələblərdən biri də İnformasiya Kommunikasiya Texnologiyalarına (İKT) bələd olmaqdır.

 

 

İKT-nin cəmiyyətlə inteqrasiyası o qədər geniş vüsət alıb ki, bununla bağlı artıq çox erkən yaşlardan məlumatlandırılmaların, savadlılığın artırılması zəruri hal alıb. Uşaqlara məktəb vaxtlarından media savadlılığının aşılanması nə üçün vacibdir və hansı yolla həyata keçirilə bilər?

 

No description available.

 

Sözügedən mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə,  İKT, o cümlədən, internet bütün dərslərə inteqrasiya olunmalıdır:

 

 

“Bu, ayrıca öyrədilməkdən daha çox müxtəlif dərslərin tədrisində istifadə olunmalıdır. Müxtəlif fənlərdə araşdırılma tapşırıqları verilməldir. Beləcə şagirdlər internetin bir araşdırma aləti, axtarış motoru, bir ensiklopediya olduğunu görəcəklər. Şagirdlər müxtəlif dərslərdə simulyasiyalardan istifa etdikdə, qiymətləndirmə, rəsm çəkmə, dizayn etmə, qurma, kodlaşdırma kimi işləri rəqəmsal alətlərlə etdikdə əslində görəcəklər ki, internetdə sadəcə istehlakçı yox, istehsalçı da olmaq mümkündür”.

 

 

Müsahibimiz hesab edir ki, cəmiyyət olaraq internetdə sadəcə istehlakçı mövqedə olduğumuz üçün azyaşlı və gənclər də bununla məhdudlaşırlar:

 

 

“Müəllimlər buna o qədər də bələd olmadığı üçün şagirdlərə də öyrədə bilmir. Bir çox məktəbimizdə internet şəbəkəsi  və kompüter, proyektor yoxdur. Belə olduqda əlbəttə ki, şagirdlərimizdən internetdə elmi axtarışlar üçün istifadə etmələrini gözləyə bilərik”.

 

 

Ekspert Elm və Təhsil Nazirliyi və KİV-ləri tədbir görməyə çağırır:

 

 

“Şagirdlərimizə bu kimi bacarıqları aşılamaq üçün Elm və Təhsil Nazirliyi videoçarxlar hazırlaya, KİV-lər fəaliyyət sahəsi üzrə müəyyən işlər görə bilərlər. Ən önəmlisi isə bununla bağlı öncəliklə müəllimlər bilgiləndirilməlidir. Əgər onlar məlumatlı olarsa, bütün gün şagirdlərlə təmasda olduqları üçün onlara da asanlıqla öyrədə bilərlər. Təbii ki, bunlar bir neçə saatda tədris oluna biləcək məsələlər deyil. Olduqca geniş tədrisə ehtiyac var”.