Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-16 16:14:00
İxtisas seçimi: gün və saat fərqi varmı? – Aydınlıq gətirildi  

 Xəbər verdiyimiz kimi, bu gündən etibarən ali məktəblərə ixtisas seçiminə start verilib.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) açıqlanan məlumata əsasən sözügedən proses avqustun 28-nədək davam edəcək.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Əmrah Həsənli ixtisas seçimi zamanı abituriyentlərin qarşılaşdığı problemlərdən söz açıb.

 

O, qeyd edib ki, bu prosesdə problemli tərəf abituriyentlərə düzgün istiqamət verilməməsidir:

 

Açıklama yok.

 

“Valideyn təkidi hər zaman olur. Onlar istəyir ki, övladlarına daha düzgün yol göstərsinlər. Amma bəzi hallarda valideyn təzyiq göstərərək, övladını öz istədiyi ixtisasa yönləndirir. Daha sonra isə abituriyent həmin ixtisas üzrə təhsil almaq və gələcəkdə iş tapmaq cəhətdən çətinlik çəkir. Ona görə də validenylərin fikirləri ilə yanaşı, abituriyentlərin istəkləri də mütləq nəzərə alınmalıdır. Digər problemlərdən biri də ixtisas seçimi edən mütəxəssislərdir. Hazırda təhsil ekspertləri və məsləhətçilərin sayı çoxdur. Təhsil demək olar ki, biznes sahəsinə çevrilib. Ona görə də yaxşı olar ki, abituriyentlər ixtisas seçimi ilə bağlı müraciət edəcəkləri mütəxəssisləri əvvəlcədən araşdırsınlar”.

 

Ekspertin sözlərinə görə, ixtisas seçiminin hansı gün və saatda həyata keçirilməsinin prosesə təsiri yoxdur:

 

“Proses avqust ayının 28-nə qədər davam edəcək. Ya ilk gün, ya son gün, ya da 5-6 gün sonra prosesdən keçməyin heç bir fərqi yoxdur. Son dəqiqəyə qədər seçimdə iştirak etmək mümkündür. “Mən tez etdimsə, tez qəbul olunacam”, “Siyahıda əvvələ düşəcəm” kimi düşüncələr tamamilə yanlışdır. Bu tam şəkildə heç bir insan faktorunun daxil ola bilmədiyi elektron sistemdir. Proses ayın 28-dən sonra dayanır, daha sonra isə təhlillər aparılır və abituriyentlərin topladığı bala uyğun onların hansı universitetə daxil olub-olmaması sıralanır. Yenə də qeyd edirəm, müsahibədə iştirak edən namizədlər istədikləri gün, istədikləri saatda ixtisas seçimini rahat şəkildə edə bilərlər”.