Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-16 11:15:41
Rəşid Mahmudov : “Xəstəxanalarda savadsız həkim yoxdur”  

 

“Təhsil aldığı müddətdə heç bir bacarıq və istedadı olmayan tələbəyə uzman adı verilmir”.

 

 

Bu barədə AzEdu.az-a tibb elmləri namizədi, doktor  Rəşid Mahmudov savadlı həkimlərin yetişməsindən danışarkən bildirib.

 

 

O qeyd edib ki, indi əvvəlki dövrdəki kimi deyil. Hazırda həkimliyin bir çox sahələri olduğu üçün kim hansı sahəyə yönəlmək istəyirsə, əvvəlcədən seçim edir və o ixtisas üzrə təhsilini davam etdirir:

 

 

“Həkim olmaq istəyən tələbənin bilik və bacarığı kifayət etməzsə, bu, onun təhsil aldığı 4, 5, 6 il müddətində özünü göstərir. Xəstəxanalarda savadsız həkim yoxdur.

 

Çünki onlar təhsillərini uğurla başa vurduqdan sonra uzman adı alıb, həkim kimi fəaliyyət göstərməyə başlayırlar”.